Mojo.az Banner
18:21 Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi  |     18:19 Paytaxtda 20 istiqamət üzrə küçələrdə sıxlıq var: SİYAHI  |     18:11 Mili Məclisdən İranın Naxçıvana PUA hücumları ilə bağlı BƏYANAT  |     18:10 Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA  |     18:09 İsrailli nazirin oğlu hərbi əməliyyatlar zamanı yaralandı  |     17:44 Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ  |     16:57 Qətərdən İrana sərt bəyanat  |     16:46 İrandan Azərbaycana 52 nəfər təxliyə edildi  |     16:25 Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT  |     15:47 Ramiz Mehdiyevin bankı bağlanır, aktivləri və öhdəlikləri ABB-yə ötürülür  |     15:34 Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var  |     15:26 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu  |     15:25 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarət altına aldı  |     15:16 Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi  |     15:05 İranda ölənlərin sayı 1 300-ü ötdü  |     14:39 Sabah Bakıya növbəti təxliyə reysi baş tutacaq  |     14:19 Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO  |     14:18 Azərbaycan İrandan diplomatik heyətini ÇIXARIR  |     14:15 Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub  |     14:13 İrandan sonra növbədə Kubadır? - Trampdan İLGİNC AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycanda gənclərin hüquqazidd hərəkətləri azalıb

12.07.2024 18:18 903
Azərbaycanda gənclərin hüquqazidd hərəkətləri azalıb
Ölkədə yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər müsbət nəticələr verir.

Bu barədə 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Daxili İşlər Nazirliyinin Kollegiya iclasında vurğulanıb.

Qeyd edilib ki, Daxili İşlər, Elm və Təhsil nazirliklərinin birgə tədbirləri yeniyetmə və gənclərin hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmaya səbəb olub. Dövlətin gələcəyi olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə və təbliğat işləri səmərəli olub.

Bildirilib ki, respublikanın təhsil müəssisələrində aparılan antinarkotik maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssisləri, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibi daha da genişləndirilməli, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməlidir.

İclasda gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yeniliklər, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupunun fəaliyyəti də vurğulanıb. Dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artması, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolu təqdir edilib. Müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün DİN-in aidiyyəti qurumlarına lazımi göstərişlər verilib.

Vurğulanıb ki, Daxili İşlər və Ədliyyə nazirliklərinin əlaqəli fəaliyyəti əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törədilən cinayətlərin açılmasına və azalmasına müsbət təsir göstərib.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəliliyinin və nəticələrinin yüksək qiymətləndirildiyi iclasda qeyd edilib ki, əvvəllər məhkum olunmuş şəxslərin və qrup halında törətdiyi cinayətlərin açılması cəzanın labüdlüyü prisipinin təmin olunmasına xidmət edir.скачать dle 11.3
Mojo.az Banner