Mojo.az Banner
18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat Mahir Abbaszadə ilə bağlı yayılan xəbər təkzib edildi - FOTO

11.07.2024 11:24 1 107
Deputat Mahir Abbaszadə ilə bağlı yayılan xəbər təkzib edildi - FOTO
Bu gün bəzi xəbər saytlarında millət vəkili Mahir Abbaszadə barəsində inzibati protokol tərtib olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiya yayılıb.

“Unikal” xəbər verir ki, belə bir xəbərin yayılmasına səbəb ad, soyad və ata adının eyniliyi olub.

Belə ki, Abbaszadə Mahir Tapdıq oğlu yol hərəkəti ilə bağlı qayda pozuntusuna görə məsuliyyətə cəlb olunub və iş məhkəmə icraatına götürülüb. Lakin sözügedən şəxs deputat Mahir Abbazsadə deyil, Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur.

Məsələylə bağlı “Unikal”a açıqlama verən millət vəkili M.Abbaszadə deyib ki, hər hansı avto-qəza törətməyib, buna görə məsuliyyətə cəlb olunaraq, məhkəməyə verilməyib.

Qeyd edək ki, sözügedən iş Nərimanov rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib. Hakim V.Qurbanov saytımıza açıqlamasında belə bir işin onun icraatına bu gün verildiyini təsdiqləyib:

“Belə bir iş bu gün bizə daxil olub. Səhv etmirəmsə, protokol tərtib olunan və işi məhkəməyə göndərilən şəxs Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. Həmin şəxs Milli Məclisin deputatı Mahir Abbaszadə deyil, başqa adamdır. Sadəcə, soyadı, adı, ata adı təsadüfən eynidir”.




скачать dle 11.3
Mojo.az Banner