Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

“İş uzanır, görünür, 30 ay da içəridə çürüyərəm”

06.07.2024 22:20 681
“İş uzanır, görünür, 30 ay da içəridə çürüyərəm”
143 milyonluq yeyintiyə görə mühakimə edilən general-mayor Nizami Məmmədov və onunla birgə həbs edilmiş üç zabitin məhkəməsi davam edir.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən budəfəki iclasda ittiham tərəfinin sonuncu şahidi dindirilib.

Söhbət məhkəmənin çoxdan axtardığı, lakin uzun müddətdir hakim qarşısına çıxmaqdan yayınan A.Rzayevdən gedir. Onun haqda polis vasitəsilə məcburi gətirilmə qərarı da çıxarılmışdı.

A.Rzayev bir neçə şirkətin rəhbəridir. Həmin şirkətlər Müdafiə Nazirliyinin keçirdiyi tenderlərdə dəfələrlə qalib gəliblər.

Tenderi necə qazanmalarına gəlincə, bu işdə ona elə bu yeyintiyə görə həbs edilmiş, hazırda ayrı-ayrı icraatlarda məhkəmələri davam edən polkovniklər kömək ediblər.

Şahid Rzayev məhkəmədə geniş danışmasa da, istintaq vaxtı tək-tək ad çəkib. O, əvvəlki ifadəsində yazır ki, tenderləri udmasında ona Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri - polkovniklər Məlikməmməd Qurbanov və Mahir Şirvanov kömək edib. 31 il nazirliyin keçirdiyi tenderlərdə qalib gələn şahid deyir, müstəntiqə etiraf edib ki, onun şirkətinə ayrılan vəsaitdən 10-15 faizini MN-in Satınalmalar və Təchizat İdarəsinə, 3 faizini isə Maliyyə və Büdcə idarəsinə verib.

Rzayevin şirkəti müxtəlif vaxtlarda 22 milyon, 4 milyon, 3 milyon və digər məbləğlərdə pul ayrılmış tenderləri qazanıb. Şahid istintaq ifadəsində onu da əlavə edib ki, şirkətinə köçürülən puldan idarə rəisi Məlikməmməd Qurbanova iki dəfəyə 360 min manat "otkat” qaytarıb. Bundan başqa, general Məmmədova 30 min, Mahir Şirvanova isə 165 min manat pul verib.

Şahid əvvəlki ifadəsinin bir hissəsini qəbul etməyib. O, heç kimə əlbəəl pul vermədiyini, maliyyə işlərini də əsasən köməkçisi İlqar İsayevin apardığını bildirib: "Ola bilər ki, İlqar kiməsə pul verib. Çünki maliyyə işləri ilə əsasən o, məşğul olub”.

Müttəhim general Məmmədov isə şahidin istintaq dövründə dediklərinin yalan olduğunu bildirib: "Mən o adamı, ümumiyyətlə, tanımıram. Deyir ki, guya mənə pul verib. Əgər elə idisə, bizi üzləşdirərdilər. Nə onu, nə köməkçisi İlqar İsayevi tanıyıram. Bu şəxsi də ilk dəfədir burada görürəm”.

İttiham tərəfinin bütün şahidlərinin dindirilməsi bitdikdən sonra tərəflərin vəsatətləri dinlənilib.

Təqsirləndirilən Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə xidmət etdiyi hərbi hissədə aparılan maliyyə yoxlamalarının nəticəsi ilə razılaşmır. O, bu məsələ ilə bağlı vəsatətini məhkəmənin diqqətinə çatdırıb, təmin edilməsini xahiş edib: "Hərbi hissədə düzgün yoxlama aparılmayıb. Yoxlamadan belə çıxır ki, mən tərxis olunan hərbçilərə pul ödəməmişəm. Belə şey olar?! Bilgili şəxslər tərəfindən əlavə yoxlama aparılmasını xahiş edirəm”.

Təqsirləndirilən polkovnik Cəlal Kazımov zabit yoldaşının vəsatətini müdafiə edib. Polkovnik özü də yoxlama aparanlardan gileylənib: "Yoxlamanı mülki şəxslər aparıb. Nə tapşırıq veriblər, onu yerinə yetirmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəza çəkirəm. Hələ iş uzanır. Görünür, 30 ayda içəridə çürüyərəm”.

Hakim Fikrət Əliyev əlavə yoxlamaya ehtiyac olmadığını deyərək vəsatətin rədd edildiyini elan edib.
Prosesin davamında təqsirləndirilən Cəlal Kazımovun 100 min manatlıq əmlakı üzərindən həbs qərarının götürülməsi istənilib. Bu haqda Kazımovun vəkili Əli Adıgözəlov vəsatət qaldırıb. Vəkil Şüvəlan qəsəbəsində yerləşən, müvəkkilinin ailə üzlərindən birinin adına rəsmiləşdirilmiş 100 min manatlıq bağ evinin ziyanın ödənilməsi üçün satılacağını deyib.

Məhkəmə vəsatəti təmin edib. 100 minlik əmlak üzərindəki həbs qərarı o şərtlə ləğv edilib ki, satılaraq dəymiş ziyanın ödənilməsinə sərf edilsin. Satış cinayət işi üzrə istintaq aparan Dövlət Təhlükəsizliyi Xidmətinin iştirakı ilə həyata keçirilməli, məbləğ Xidmətin depozit hesabına köçürülməlidir.

Növbəti proses iyulun 12-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. Hazırki iş üzrə ittiham olunan Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə hər biri həbsdə mühakimə edilir.скачать dle 11.3
Mojo.az Banner