Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Şəki şəhərinin 2712 illiyi qeyd olunub

06.07.2024 19:18 1 092
Şəki şəhərinin 2712 illiyi qeyd olunub
İyulun 6-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə "Şəhər günü" bayram tədbiri keçirilib. "Şəhər günü"nün Şəkidə İpək Yolu XIII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Yuxarı Karvansaray" mehmanxana kompleksində reallaşan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, 2712 illiyini qeyd edən qədim Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub.

Qeyd olunub ki, Böyük İpək Yolu üzərində yerləşən Şəkinin nadir tarixi memarlıq abidələri - karvansaralar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbiətə, nadir tarix-memarlıq abidələrinə malik olması və zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilib. Azərbaycan memarlığının ən gözəl abidələri bu şəhərdə yerləşir. Şəki rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 134 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş kəndindəki Alban məbədi, Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir.

Diqqətə çatdırılıb ki, Şəkinin sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli çıxışında Şəkidə mədəni-tarixi irsin qorunub-saxlanmasına çox böyük diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.

Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva şəhərin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.

Rəsmi hissədən sonra bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyiblər. Eldar Rəcəbovun rəhbərlik etdiyi Şəki Folklor Ansamblının, Şəkinin tanınmış ifaçılarının, həmçinin Qax rayonundan gəlmiş Qaxingiloy kənd Mədəniyyət evinin "Şvitkatso" xalq xoru və "İmedi" rəqs qrupunun çıxışları bayram tədbiri iştirakçılarının ürəyincə olub.

Tədbirin sonunda Şəki şəhərinin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində, "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi binaların bərpasının layihələndirilməsi və dizayn işlərinin görülməsində xidmətlərinə, həmçinin Şəkinin mədəni həyatında fəal iştirakına, təhsil, idman sahəsində fərqləndiklərinə görə bir qrup şəhər sakininə xatirə hədiyyələri təqdim olunub.
скачать dle 11.3
Mojo.az Banner