Mojo.az Banner
23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |     21:59 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:53 İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib  |     21:48 Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK  |     21:40 Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirrlik açıqladı  |     21:34 ABŞ-nin Baş prokuroru istefa verdi  |     21:26 Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb  |     21:21 Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO  |     21:13 Füzuli Şeydayev qəfil VƏFAT ETDİ  |     21:00 Kənddə evin həyətində qadın meyiti tapıldı  |     20:53 Hərbi-Həkim komissiyasının sabiq rəisinin MƏHKƏMƏSİ BAŞLAYIR  |     20:49 Qoz, yoxsa badam: Hansı beyin üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı - FOTO (YENİLƏNİB)

03.07.2024 16:11 1 722
Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı - FOTO (YENİLƏNİB)
Uşaqlarını küçəyə atan qadının kimliyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O bildirib ki, müəyyən səbəblərdən adı açıqlanmayan qadın aidiyyəti dövlət orqanına dəvət olunub:

"Onun izahatı alınıb. Övladlarından imtina etməsinin səbəbləri araşdırılır".

* * * * *

"Həkim müayinəsi zamanı uşaqların səhhətində çox ciddi problemlər aşkarlanıb. Uşaqların dördündə də qotur xəstəliyi təsbit edilib".


Bunu oxu.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə deyib.

O bildirib ki, uşaqları dərhal Respublika dəri-zöhrəvi dispanserinə yerləşdiriliblər:

"Onların heç bir sənədi yoxdur. Hüquq-mühafizə orqanları ananın axtarışlarını davam etdirirlər. Artıq ilkin məlumatlar da var. Çox güman ki ana Mingəçevirdədir. Onun valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcək. Sosial Xidmətlər Agentliyinin nümayəndələri gəlib ilkin olaraq uşaqların vəziyyətini qiymətləndiriblər".


* * * * *

Bakıda küçədə valideyni tərəfindən tərk edilmiş dörd uşaq tapılıb.


Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, uşaqları üç gün öncə Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşları tapıblar.


K.Ağazadə qeyd edib ki, uşaqlar tibbi müayinə məqsədi ilə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib:

"Sosial Xidmətlər Agentliyi tərəfindən "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Uşaqların təxminən 14, 5, 4 yaşları və ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız deyir ki, anası sevgilisi ilə onları parkda qoyub, kirayə ev tapmağa getdiyini deyib. O gedən gedib. Polis əməkdaşları onları tapıb, bölməyə aparıblar.

Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar".
скачать dle 11.3
Mojo.az Banner