Mojo.az Banner
12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali Məhkəmənin adı ilə dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb

03.07.2024 13:08 1 854
Ali Məhkəmənin adı ilə dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb
Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən üç nəfər barəsində cinayət işi başlanıb.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Ali Məhkəmədə baxılan mülki və cinayət işlərini zərərçəkmişlərin və ya tərəflərin xeyrinə həll edəcəklərini vəd edərək, onların müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Faktlarla bağlı üç nəfər barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq hissələri ilə cinayət işi başlanıb, bir nəfər haqqında isə araşdırma aparılır.

Ali Məhkəmədən bildirilib ki, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.скачать dle 11.3
Mojo.az Banner