Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı
Aptekdə aşkarlanan "Bəyaz Flora" MMC-yə məxsus 18 ml şüşə flakonlu "Stopain" əmtəə nişanlı qulaq damcısının gigiyenik vasitə olmasına baxmayaraq istifadə təlimatında (içlik vərəqə) bioloji aktiv qida məhsulu olduğu göstərilib. Həmçinin yoxlama zamanı aptekdə istifadə müddəti bitmiş "Kalmapol" və "OsteoCal-D" nişanlı bioloji aktiv qida məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, nöqsan aşkarlanmış məhsullarla bağlı məhdudlaşdırıcı tədbir görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.