Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Həcc ziyarətinə gedən 360 zəvvar Azərbaycana qayıdıb

27.06.2024 15:07 768
Həcc ziyarətinə gedən 360 zəvvar Azərbaycana qayıdıb
Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərin ilk iki qrupu Vətənə qayıdıb. Hər bir qrupda 180 nəfər olmaqla ümumilikdə 360 nəfər olub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların üçüncü qrupu da artıq Səudiyyə Ərəbistanından Azərbaycana yola düşüb: "Zəvvarların dördüncü qrupu sabah - iyunun 28-i sübh namazından öncə Bakıya çatacaq. Beşinci və altıncı qrup isə iyunun 29-da paytaxta gələcək. Sonuncu qrup isə iyulun 1-də Vətənə qayıdacaq".

V.Cahangiri bildirib ki, Həcc ziyarətinin təşkilatçılarının qayıdışı da mərhələli şəkildə həyata keçiriləcək: "Bir qrup təşkilatçı ayın 29-u zəvvarların altıncı qrupu ilə birlikdə Bakıya gələcək. Sonuncu təyyarə isə Bakıya iyulun 1-i çatacaq və bununla da Həcc ziyarətinə tamamilə yekun vurulacaq".

Son xəbərlər