Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər Qarabağa qayıda bilərmi? - "Şərtlər var..."

05.06.2024 21:28 510
Ermənilər Qarabağa qayıda bilərmi? -
"İrəvan bu mövzunu paralel şəkildə müzakirə etmək istəyirsə, biz hazırıq. Amma kimsə məsələyə ayrılıqda baxmaq istəyirsə, bu, mümkün deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Ceyms Uorlikin ermənilərin Qarabağa qayıtması məsələsinin sülh danışıqlarının bir hissəsi olmalı olduğu barədə fikirlərini şərh edərkən deyib.

"Birincisi onu qeyd etmək lazımdır ki, Ceyms Uorlikin açıqlaması qeyri-rəsmi mövqedir. Rəsmi mövqedən söhbət gedirsə, keçən ilin may ayında Vaşinqtonda baş tutan danışıqlardan sonra dövlət katibi Entoni Blinken çıxış edərək deyib ki, müvafiq ölkələrdə milli azlıqlar məsələsi həll oluna bilər. Bu onu göstərir ki, Ermənistan da maraq göstərsə, həmin mövzu paralel şəkildə müzakirə oluna bilər. Söhbət ondan gedir ki, ermənilər Azərbaycana qayıtmaq istəyirsə, şərtlər var", deyə sabiq nazir bildirib.

Tofiq Zülfüqarovun sözlərinə görə, şərtlər də ondan ibarətdir ki, Ermənistan da Qərbi Azərbaycandan didərgin düşənlərin öz doğra yurdlarına qayıtmasına şərait yaratmalıdır:

"Bu, rəsmi mövqeyimizdir ki, dəfələrlə bildirilib. Paralel şəkildə Ermənistan bu mövzunu müzakirə etmək istəyirsə, hazırıq. Onlar tərəfindən bir neçə dəfə qəribə bəyanatlar səslənib ki, azərbaycanlılar Ermənistana qayıtsa, bu erməni dövlətçiliyi üçün təhlükə yarada bilər. İrəvanda bu məsələyə belə baxırlar. Kimsə bu məsələyə ayrılıqda baxmaq istəyirsə, bu, mümkün deyil".
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Ceyms Uorlik erməni mətbuatına müsahibəsində ermənilərin Qarabağa qayıtması məsələsinin sülh danışıqlarının bir hissəsi olmalı olduğuna işarə vurub:

"İndi Azərbaycanın erməniləri Qarabağa qaytarmaq imkanı var. Bilirəm ki, bu asan olmayacaq, Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir. Amma ümid edirik, elə bir vaxt gələcək ki, ermənilər Qarabağa qayıdanda özlərini təhlükəsiz hiss edəcəklər".
скачать dle 11.3
Mojo.az Banner