Mojo.az Banner
01:01 Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu  |     23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |    
Left Banner
Right Banner

Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA

25.06.2024 19:57 600
Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA
Azərbaycanda müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə 30,9 faiz az təhlükəli tullantı yaranıb.

Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

Məlumata görə, 2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat olmuş və ümumi daxili məhsulun 0,6 faizini təşkil edib.

Bu vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olub, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənib.

“2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılıb çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artmışdır. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb”, - məlumatda qeyd olunub.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

DSK qeyd edib ki, ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.

Bildirilib ki, görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılıb, 4 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 5800,0 hektar sahədə təbii bərpaya kömək göstərilib.

Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil edib.

Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılıb.скачать dle 11.3
Mojo.az Banner