Mojo.az Banner
22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər

21.06.2024 22:01 1 200
Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər
Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı qurumun keçmiş rəhbəri Səfər Mehdiyev üçün arzuolunmaz prosesə çevrilib.

Nümunə olaraq "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadənin məhkəməsini göstərmək olar.

Qaynarinfo xatırladır ki, bu günlərdə Xosrov Vahabzadəyə hökm oxunub.

Onun məhkəməsində diqqətçəkən məqam prosesdə şahid qismində ifadə verən  general-mayor Ehtiram Xəlilovun dedikləridir.
 
Ehtiram Xəlilov "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsində çalışır. O, hazırda ev dustaqlığındadır.

General məhkəmədə verdiyi ifadədə bildirib ki, göstərişləri Səfər Mehdiyevdən alıb. "Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxsə çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub", - deyə o bildirib.

Ehtiram Xəlilov bu ifadəsi ilə faktiki olaraq baş verənlərə görə Səfər Mehdiyevin də məsuliyyət daşıdığına eyham edib.

Bu tip ifadələr qarşıda Səfər Mehdiyevin mühakimə oluna biləcəyi barədə ehtimalları artırır. Yeri gəlmişkən, DGK-nın vəzifəli şəxslərinin həbs olunduğu ilk günlərdə Səfər Mehdiyevin də oxşar aqibətlə üzləşəcəyi barədə iddialar səsləndirilirdi. Məhkəmə prosesində onun əleyhinə ifadələr verilməsi bu iddiaların reallığa çevrilə biləcəyini düşünməyə əsas verir.скачать dle 11.3
Mojo.az Banner