Mojo.az Banner
17:04 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ - Video  |     16:46 164 min manatlıq dələduzluq edən qadın hakim qarşısında  |     16:34 14 nəfər imtahandan qovuldu, bir nəfər maksimum bal topladı  |     16:05 Azərbaycanda neçə qadın aliment verir?  |     16:00 Qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     15:52 On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat  |     15:35 İcra başçısı müavinini bu səbəbdən işdən çıxardı  |     15:33 Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…  |     15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |     13:24 Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək  |     13:19 Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı  |     13:01 Azərbaycan nefti ucuzlaşıb  |     12:51 Azərbaycanda polkovnik vəfat etdi  |     12:44 "Kupça"sız qalan sakinlərin fəryadı: "Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə" - VİDEO  |     12:27 Bu şəxslərə hər ay 1000 manatadək pul veriləcək  |     12:17 Azərbaycanda kirayə qiymətləri 7 faizdən çox artıb  |     11:58 AZAL Bakı-Dubay reyslərini bərpa edib  |    
Left Banner
Right Banner

"Range Rover"i 1020 manata satan polkovniklə bağlı QƏRAR

20.06.2024 18:48 1 665
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib.

O, "Azərterminalkompleks" Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib. Belə ki, gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə "Azərterminalkompleks" Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar - "Audi Q7"ni 500 manata, "Mercedes C-class"ı 650 manata, "Range Rover"i 1020 manata, "Hyundai Elantra"nı 2000 manata və digər markalı avtomobillər satıb.

Sözügedən avtomobillərin sənədləri olmayıb və istifadəyə yararsız kimi qeydiyyata alınıb.

Bununla belə, sabiq rəis "Capitals Auction" MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30 000 manat olan 5 000 qutu "Xyla-P" adlı "Lidocaine/Prilocaine" tərkibli dərman vasitəsinin bir ədədini 2 manata satışını həyata keçirib.

Sabiq rəis gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə bu işi həyata keçirdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib və 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.скачать dle 11.3
Mojo.az Banner