Mojo.az Banner
17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının tarixi binalarının fasadlarının təmirinə nəzarət üçün komissiya yaradılır

21.06.2024 12:55 1 170
Bakının tarixi binalarının fasadlarının təmirinə nəzarət üçün komissiya yaradılır
Bakıda tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, BŞİH paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlər müzakirə edilib. Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə göndərilir.

Qeyd olunub ki, paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümümşəhər daxili iməcliyinin keçirilməsi tapşırılıb.

Məlumatda bildirilib ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.скачать dle 11.3
Mojo.az Banner