Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Figaro”: Makronun düşərgəsi parlamentin buraxılmasından narahatdır, bəziləri yeni iş axtarır

19.06.2024 19:24 2 370
“Figaro”: Makronun düşərgəsi parlamentin buraxılmasından narahatdır, bəziləri yeni iş axtarır
Fransa prezidenti Emmanuel Makronun parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarı onun çevrəsində və ona sadiq siyasətçilər arasında “hökumətin sonu” ilə bağlı müzakirələrə səbəb olub, bəziləri isə məğlubiyyət halında artıq ehtiyat planlar hazırlayır.

Bu barədə “Le Figaro” qəzeti çoxsaylı mənbələrə istinadən məlumat yayıb.

“Mən onu parlamenti buraxmağa aparan düşüncə prosesini başa düşürəm, o, sanki ona müdaxilə olunurmuş kimi hiss edirdi. Ancaq indi, Olimpiya Oyunları ərəfəsində bunu etmək dəhşətli bir qarışıqlıq yaratmaq və ifrat tərəfdarlara platforma vermək deməkdir”- deyə onun çoxdankı tərəfdarlarından biri bildirib.

Qəzetin digər həmsöhbəti isə daha sərt olub və son uğursuzluqlar fonunda Makronun psixoloji durumunun tədricən pisləşməsinə işarə edib:

“2022-ci il parlament seçkilərində cüzi məğlubiyyət altı aylıq depressiyaya səbəb oldu. Avropa seçkilərində sifətə vurulan böyük sillə ağır dekompensasiyaya səbəb oldu. Və bu seçkidə yenidən uduzsa, nə olacağını Allah bilir”, - deyə o bildirib.

Son xəbərlər