Mojo.az Banner
12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

12.06.2024 21:48 891
Nəbabat Bağında nə baş verib? - Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Mərkəzi Nəbabat Bağını və qurumun İdarə Heyətinin sədr səlahiyyətlərini icra edən Natiq Allahverdiyevi cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Natiq Allahverdiyevə və Mərkəzi Nəbatat Bağına İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Natiq Allahverdiyev, eyni zamanda Mərkəzi Nabatat Bağı dövlət xidmətinin qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

Mərkəzi Nəbatat Bağı 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində fəaliyyət göstərirb. 2022-ci ildə qurum publik hüquqi şəxsə çevrilib və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağının icraçı direktoru, daha sonra isə baş direktoru olub. Qurum publik hüquqi şəxsə çevrildikdən sonra isə İdarə Heyətinin sədr müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırlıb.

Natiq Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşavidirdir. скачать dle 11.3
Mojo.az Banner