Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

UNESCO-dakı daimi nümayəndə: Bakı iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır

11.06.2024 22:12 783
UNESCO-dakı daimi nümayəndə: Bakı iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət ayırır.

Report xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyasının iştirakçısı olan Dövlətlərin Baş Assambleyasının 10-cu sessiyasında bildirib.

“İqlim dəyişikliyinin Qeyri-maddi mədəni irsə təsiri Azərbaycan üçün mühüm məsələdir. Bu ilin noyabrında keçiriləcək COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim dəyişikliyinin çovqan, muğam kimi maddi və qeyri-maddi mədəni irsə təsirinə xüsusi diqqət yetirir”, – Elman Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, Bakı daim elm və mədəniyyət qurumunun “potensialın artırılması proqramlarını dəstəkləyib”:

“Azərbaycan fövqəladə hallar, o cümlədən silahlı münaqişələr, köçkünlük halları və Kamerundakı qaçqın düşərgəsində pilot tətbiq üçün hazırlanmış təbii fəlakətlər kontekstində qeyri-maddi mədəni irsin qorunması üzrə yeni potensialın yaradılması materiallarının hazırlanmasına məqsədyönlü töhfə verib”.

Bundan başqa, daimi nümayəndə “Azərbaycan xalqının Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində uzun müddət öz qeyri-maddi mədəni irsini ifadə edə bilməkdən məhrum olduğuna, bunun isə mədəni irsə çıxışı əngəllədiyinə” diqqət çəkib.

“İşğaldan azad edildikdən sonra biz mədəni həyatın nəzərəçarpacaq dərəcədə canlanmasının və çoxşaxəli mədəni irsimizin bərpasının şahidi oluruq. Tarixi yerlərin dirçəldilməsi, mədəniyyət müəssisələrinin yenidən açılması və ənənəvi təcrübələrin canlanması bu ərazilərdə mədəni irsimizin bərpası və qorunub saxlanılmasının mühüm mərhələləridir”, – o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner