Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycanfilm" ölüm yatağındadır" - Xalq artisti istefalardan DANIŞDI

11.06.2024 17:15 1 038
"Bu məlumatı eşidən gündən mənim ürəyim ağrıyır, çox ağır xəbər oldu".

Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib:

"Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıblar. 1276 nəfərlik idarə bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. "Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar".

Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb:

"Mədəniyyət Nazirliyi eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik".

Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb:

"Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu, bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır".

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbər şəxsləri istefa verib. Onların arasında direktor Nazim Hüseynov, onun müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun öz ərizələri əsasında vəzifələrindən ayrılıb.скачать dle 11.3
Mojo.az Banner