Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda icra başçısı fəhləlik edib: "Hansısa reklama, şouya ehtiyacım yoxdur" - VİDEO

08.06.2024 14:14 1 212
Azərbaycanda icra başçısı fəhləlik edib:
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin fəhlələrə kömək etməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. İstifadəçilər arasında müzakirəyə səbəb olan videonun şou olduğunu deyənlər olsa da, əksəriyyət icra başçısını bu hərəkətinə görə təqdir edib.

F.Əliyev "Qafqazinfo"ya açıqlamasında sözügedən videodan danışıb.

O bildirib ki, ümumiyyətlə fəaliyyəti dövründə hansısa şouya ehtiyac duymayıb:

"22 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışmışam, onun 20 ilini nazir müavini olmuşam. Həmin videoya baxanda kiməsə elə gələ bilər ki, burada rola girilib. Amma məni kifayət qədər tanıyanlar var və bunun əsla belə olmadığını yaxşı bilirlər.

Nazirlikdə çalışdığım dövrlərdə ağacəkmə aksiyaları olanda da qalstuku çıxarıb, əlcək taxıb, fəhlədən əvvəl işə başlayırdım. Cənab Prezidentin dediyi kimi, məmur xalqın xidmətçisidir. Bilirsiniz, vəzifə müvəqqəti şeydir, bu, sırf insani münasibətlərdən doğan məsələdir. Biz öz evimizi qururuq, yaradırıq. Dədə-babadan görmüşük ki, qonaq gəlməmiş ev səliqəyə salınar. Mənim etdiyim sırf bu məqsədlədir. İndi kimsə buna başqa cür don geyindirirsə, o qalıb onun öz vicdanına".

İcra başçısı vəzifənin müvəqqəti olduğunu vurğulayıb: "Adam var vəzifə ona hörmət gətirir, adam da var, olan-qalan hörmətini də itir. Mənim həyat prinsipim budur, 60 yaşım var, hansısa reklama, şouya ehtiyacım yoxdur.

Biz hər şənbə-bazar iməcilik keçiririk. Qəbiristanlıqları, parkları səliqəyə salırıq. O qəbiristanlıqlarda bizim şəhidlərimiz uyuyur, əgər biz sağ ola-ola onların qədrini bilmiriksə, biz öləndən sonra bizə nə hörmət qoyacaqlar?

Mən bu cür tərbiyə görmüşəm, həyatı belə öyrənmişəm. Sadə insanlar da xoş münasibət, dəyişikliyi hiss etməlidirlər. Elə münasibət yaratmalıyıq ki, insanlar yaxınlaşıb dərdini deyə bilsin. Yolumu əvvəlki kimi davam etsəydim, onda mən Firdovsi Əliyev olmazdım. Biz insanlar üçün varıq, ömür qısadır, bunu dəyərləndirməliyik. Cənab Prezident tərəfindən mənə fürsət verilibsə, o etimadı doğrultmalıyam, çünki başqa təvəqqem də yoxdur".
скачать dle 11.3
Mojo.az Banner