11-ci mərtəbədə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO
Bu barədə FHN-dən xəbər verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.