Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?

31.05.2024 22:39 933
Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?
Dırnaqların görünüşünə görə xəstəliyi təyin etməyin yolları məlum olub.

Dermatoveneroloq İrina Avramenkonun fikrincə, dırnaqların rəngi və formasının dəyişməsi xəstəliklərin, o cümlədən həyat üçün təhlükəli olanların inkişafını göstərə bilər.

Onun sözlərinə görə, dırnaqlar tamamilə və ya qismən ağarırsa, bu, qaraciyərin zədələnməsini, xüsusən də sirozdan xəbər verə bilər:

“Dırnaq sarılıq və ya limfa axınının pozulması ilə sarıya çevrilir, diabetik qanqren və ya arterial tromboz ilə qara olur. Tünd qəhvəyi rəng Addison xəstəliyinin (endokrin patologiyası), həmçinin radiasiyaya həddindən artıq məruz qalmanın əlamətidir. Bundan əlavə, bu rəng tetrasiklin antibiotiklərinin qəbulu nəticəsində yarana bilər. Mavi dırnaqlar qan damarlarının və tənəffüs sisteminin xroniki xəstəliklərini, qan dövranı problemlərini, damarların aterosklerozunu və venoz çatışmazlığını, həmçinin sistemik iltihabi xəstəliklərin olduğunu göstərir. Öz növbəsində, yaşıl dırnaqlar bakterial infeksiyanın simptomudur, onun törədicisi Pseudomonas aeruginosa (pseudomonas), dermatoloq tərəfindən müalicə tələb edir”.

Son xəbərlər