Mojo.az Banner
11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |    
Left Banner
Right Banner

Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?

30.05.2024 13:57 1 083
Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər igidlərin erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi.

Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb.

Bəs, hansı şəxslər üçün hərbi geyimlə gəzmək qadağandır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan və ya səfərbərliklə hərbi xidmətə cəlb olunan heyətə tərxis olunduqdan sonra hərbi geyimlə gəzməyə icazə verilmir:

"Zabit və gizir heyətinin hərbi xidmətdən sonra hərbi geyim forması gəzdirməsi haqqında şəxsiyyət vəsiqəsində xüsusi qeydlər olur. Bu qeydlər əsasında hərbi geyim daşına bilər. Digər hallarda qanunsuz olaraq hərbi geyim formasını daşıyanlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub.

Lakin bu cərimələrin müvafiq icra strukturları tərəfindən tətbiq edilməməsi bəzi şəxslərin yeri gəldi-gəlmədi formada gəzməsinə, bəzən isə müxtəlif çirkin məqsədlərlə geyinilməsinə gətirib çıxarır. Bu da azmış kimi, bəziləri üzü-başı natəmiz olduğu halda hərbi geyimi daşıyırlar".

Ekspertin fikrincə, sözügedən hal orduda xidmət edən zabitlərin və vətəndaşlarımızın haqlı narazılığına səbəb olur:

"Bu baxımdan hesab edirəm ki, bizim həm hərbi polis, həm də mülki polis orqanları belə geyimdə gəzən şəxsləri gördükdə saxlamalı və sənəd tələb etməlidir. Sənəd yoxdursa, müvafiq cəza tədbirləri reallaşdırılmalıdır. Bu mənzərə dözülməz bir hala çevrilib. Dövlət strukturlarının tədbirlərində bəzən hərbi geyimdə gələn hərbi qulluqçuların səliqəsi, geyimi qaydasında olmur.

Bundan əlavə, tədbirə gələn şəxslər öz qoşun növünə aid olmayan geyimi geyinirlər. Azərbaycanda kimə baxırsan, komando və ya XTQ formasında gəzir. Halbuki orduda həm tankçılar, həm topçular, həm də quru qoşunlarının nümayəndələri var. Ona görə də hüquq-mühafizə orqanları təcili şəkildə bu prosesin qarşısını almalıdır".
скачать dle 11.3
Mojo.az Banner