Mojo.az Banner
15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat

30.05.2024 12:30 801
Şimalı Koreyadan qonşularına qarşı
Şimalı Koreya "çirkli şarlar"dan sonra 10-dan çox yaxınmənzilli ballistik raket buraxıb: Pxenyan qonşularını peyin və zibillə "bombardman" etdikdən sonra həqiqi atəşlər nümayiş etdirib.

Raketlər Yapon dənizinə düşməzdən əvvəl təxminən 350 km məsafə qət edib.

Qeyd edək ki, Pxenyandan 350 km məsafədə Seul kimi böyük şəhərlər və hərbi bazalar yerləşir.

Ekspertlər bildiriblər ki, Şimali Koreya raket buraxmalarını xarici dünyaya mesaj kimi istifadə etsə də, eyni vaxtda 10 raket buraxılmasını qeyri-adi hesab ediblər.

Cənubi Koreya hərbi qüvvələri raket hücumunu pisləyərək bunu Koreya yarımadasına təhdid olan təxribatçı hərəkətlər adlandırıb və Şimaldan gələn təxribatlara qəti cavab verəcəklərini vəd edib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl 17 may tarixində ballistik raket buraxmışdı.

Xatırladaq ki, dünən Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib. Şarların içərisində müxtəlif tullantılar - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub. Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb.

Mənbə: Yonhapскачать dle 11.3
Mojo.az Banner