23:04 VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib  |     22:41 Avtomobil almaq istəyənlərin nəzərinə - Yanvarın 1-dən..  |     22:23 ABŞ-dən İraqa XƏBƏRDARLIQ  |     22:06 Daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olundu - MƏHKƏMƏ  |     21:43 İçərişəhərdə Zəfər Gününə həsr olunmuş musiqili parad keçirilib - Video  |     20:56 Bu məktəbə direktor təyin edildi  |     20:39 Peskovun ulu babası Bakıda güllələnibmiş  |     20:28 Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı  |     20:28 Gəncədə qadın qətlə yetirildi  |     19:38 Türkiyənin müdafiə naziri Azərbaycana gəlib  |     19:24 Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"  |     19:09 Ruben Amorim ən yaxşı seçildi  |     18:55 Qaradağda erkən nikahın qarşısı alındı  |     17:59 Azərbaycanda növbəti torpaq hərracları elan edildi  |     17:52 Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək  |     17:24 Prezidentin "Milli Qəhrəman" adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?  |     17:23 Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsinə dəyişiklik edildi  |     17:03 "Pajiznicesi" ləqəbli bloqer həbs edildi  |     17:01 Bloqer Tural Sadıqlının da ittiham olunduğu cinayət işi yeni hakimin icraatına verilib  |     16:14 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib  |    

Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? - İnanılmaz

Bu yaxınlarda aparılan araşdırma göstərib ki, xərçənglə mübarizə düşünüldüyündən daha erkən başlayıb. Arxeoloqlar qədim misirlilərin 4000 ildən əvvəl bədxassəli şişləri cərrahi yolla çıxarmağa çalışdıqlarını aşkar ediblər.

Müvafiq araşdırmanın nəticələri "Frontiers in Medicine” jurnalında dərc edilib.
 
Alimlər əvvəllər qədim Misir həkimlərinin xərçəngin müxtəlif növlərini dəqiq təsvir edə bildiyinə dair sübutlar tapmışdılar. Lakin xəstəliyin təbiətinin anlaşılması və effektiv müalicə üsullarının daha gec  sənədləşdirilməyə başlanılıb. Qədim misirlilərin xərçəngə necə yanaşdıqlarını daha yaxşı başa düşmək üçün İspaniya, Britaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu Kembric Universitetində Dakvort kolleksiyasından iki kəllə sümüyünü tədqiq ediblər.

Kəllə sümüyü və alt çənəsi 236 kimi tanınan ilk nümunə eramızdan əvvəl 2687-2345-ci illərdə yaşamış təxminən 30 yaşında bir kişiyə aiddir. İkinci kəllə sümüyü, nümunə E270, eramızdan əvvəl 663-343-cü illərdə yaşamış 50 yaşdan yuxarı bir qadına aiddir. Mikroskopik analizdən istifadə edərək, tədqiqatçılar hər iki kəllə sümüyündə geniş yayılmış xərçəng izlərini müəyyən ediblər. 236 kəllə sümüyünün vəziyyəti xüsusilə maraqlı olub, orada da metastaz verən xərçəngi göstərən çoxsaylı kiçik izlər olub.

Tədqiqatçılar bu izlərin ətrafında aydın kəsiklər aşkar etdikdə təəccübləniblər. Bu, kəskin metal alətlərdən istifadə edərək şişi cərrahi yolla çıxarmaq cəhdlərini göstərə bilər. Əgər bu fərziyyə təsdiqlənərsə, bu, bəşər tarixində xərçəngin cərrahi müalicəsinin sənədləşdirilmiş ilk hadisəsi olacaq.

"Mikroskop altında şişin üzərindəki kəsikləri görəndə biz əvvəlcə şübhə ilə yanaşdıq, baxmayaraq ki, onlar çox aydın idi. Tibb tarixində mühüm bir mərhələnin şahidi olduğumuzu başa düşülməsi bir müddət çəkdi", - İspaniyanın Santyaqo de Kompostela Universitetinin paleopatoloqu, tədqiqatın həmmüəllifi Edqard Kamaros bildirib.

Cərrahiyyə böyük şişlərin müalicəsinin əsas istiqamətlərindən biri olaraq qalır, xüsusən də erkən aşkar edildikdə. Lakin 236 nümunəsinin kəllə sümüyünün ümumi vəziyyətini və kəsiklərin izlərini nəzərə alsaq, müalicənin uğursuz olduğunu güman etmək olar. Kəsiklərin ölümdən sonra edildiyi də mümkündür ki, bu da hələ də qədim Misir həkimlərinin bu ciddi xəstəliyi anlamaq cəhdlərindən xəbər verir.
//qaynarinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            984 29.05.24 22:39