Mojo.az Banner
16:05 Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI  |     15:50 Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - Video  |     15:37 "Barselona" Kərim Adeyemini TRANSFER ETDİ  |     15:33 İmişlidə yanğın törədən şəxs cəzalandırıldı  |     15:29 Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK  |     15:27 Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər edildi  |     14:40 Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI  |     14:39 Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir  |     14:37 Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ  |     14:22 Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı  |     14:17 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - Video  |     14:10 Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq  |     14:05 Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi  |     13:59 Azərbaycana gələn turistlərin sayı azaldı – Ən çox bu ölkələrdən gəliblər  |     13:54 Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq  |     13:48 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona  |     13:40 Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib  |     13:35 UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək  |     13:26 Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...  |     13:21 Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - RƏSMİ  |    
Left Banner
Right Banner

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...

25.05.2024 15:57 1 020
Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurolux" şirkətinin baş direktoru və onun qardaşı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 18 aprel 2022-ci il tarixdə, saat 16:20 radələrində Qaradağ rayonu, Salyan şossesinin 14-cü km-də yerləşən "Eurolux" şirkətinə məxsus anbarın həyətində yerləşən ofisdə baş verib.

Belə ki, Taryel Vəliyev 2021-ci ilin iyul ayında şirkətin rəhbəri, 1968-ci il təvəllüdlü Əmrah Kərimovu və onun qardaşı oğlu, 1988-ci il təvəllüdlü Orxan Kərimovun şikayəti əsasında saxlanılıb.

O iddia edib ki, Taryel Vəliyev şirkətdə çalışmış Maarif, Fərahim, İlkin və Cavid adlı şəxslərlə birgə "Eurolux"a məxsus anbardan müxtəlif vaxtlarda 500.000 manat dəyərində məişət avadanlıqları oğurlayıblar.

Sözügedən şəxslər saxlanılsa da, Taryel Vəliyevin üç övladığı olduğu üçün istintaq dövrü yekunlaşanadək ev dustaqlığına buraxılıb. O, tutulacağından ehtiyat etdiyi üçün Əmrah Kərimova zəng edərək şikayətini geri götürməsini tələb edib. Oğruluq törətmədiyinə görə üzərinə şər atdıqlarını əsas gətirərək onları öldürəcəyi ilə hədələyib.

Təqsirləndirilən şəxs telefon zəngindən 12 dəqiqə sonra Əmrah Kərimov və Orxan Kərimovun oturduğu kabinetə daxil olub. Onlardan yenidən şikayətlərini geri götürməyi tələb edib. Taryel Vəliyev iddia edib ki, həmin vaxt Əmrah və Orxan onun ailəsini  təhqir edib, ofisdən çölə çıxmasını tələb etdikdən sonra hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib. Ofisin 5 işçisinin dəstəyi ilə bıçaq əlindən alınıb və Taryel Vəliyev polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə Taryel Vəliyev Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edilib. скачать dle 11.3
Mojo.az Banner