Mojo.az Banner
18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |     17:47 Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi  |     17:21 Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?  |     17:08 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı  |     16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |     16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |     15:22 Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb - FOTO  |     15:19 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib  |     14:40 Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb  |     14:39 300 min manatlıq dələduzluğa görə tutulan ehtiyatda olan mayora hökm oxunub  |    
Left Banner
Right Banner

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub - FOTO

23.05.2024 11:41 1 593
Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub - FOTO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.














скачать dle 11.3
Mojo.az Banner