Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail HHQ sutka ərzində Qəzzada 130-a yaxın hədəfə hücum edib

22.05.2024 23:19 2 088
İsrail HHQ sutka ərzində Qəzzada 130-a yaxın hədəfə hücum edib
İsrail Hərbi Hava Qüvvələri (HHQ) son sutka ərzində Qəzza zolağında 130-a yaxın hədəfə hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında silahlı radikalların dəstələri, hərbi tikililər, müşahidə məntəqələri və fələstinli radikal qrupların istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Anklavın şimalındakı Cəbəliyyədə toqquşmaların birində İsrail HHQ məxsus uçuş aparatı HƏMAS-ın hərbi qanadının sıralarında olan səkkiz radikalı məhv edib. Ordunun bildirdiyinə görə, hava hücumları ilə yanaşı, İsrail quru qüvvələri sutka ərzində radikallarla yaxın döyüşə girib.

Qəzza sektorunun cənubundakı Rəfah şəhərində də İsrail hərbçiləri bir neçə bölgədə əməliyyat fəaliyyətlərini davam etdirirlər.

“Əsgərlər hazırda Braziliya və Şabura bölgələrində terrorçuların hədəfləri ilə bağlı məlumatlar üzərində hərəkət edir, eyni zamanda ərazi boşaldıldıqdan sonra mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün bütün tədbirləri görürlər”, - məlumatda deyilir.скачать dle 11.3
Mojo.az Banner