Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama

21.05.2024 22:19 930
Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama
“Son illər Nazirlər Kabinetinin təsdiq etdiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapan yeni tələblərə əsasən, bir çox baryerlərin aradan qaldırılması nəticəsində diplomların tanınmasından imtina sayında azalma müşahidə olunsa da, bu kimi hallar hələ də müşahidə olunmaqdadır. Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib” .

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O, xaricdə təhsil almaq istəyən şəxslərin diqqət edəcəyi bir çox məqamların olduğunu bildirib:

“Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmaq barədə tövsiyə xarakterli xəbərdarlığı bu kimi problemlərin aradan qaldırılmasına təsirsiz ötüşməyəcək. Xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən işbazların, vasitəçi şirkətlərin vədlərinə aldanaraq nüfuz xətrinə xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” dəfələrlə bəyan edib. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması sahəsində müəyyən irəliləyişlər olmasına baxmayaraq, hələ də diplomların tanınmaması təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda davam edir.

Ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edirlər. Hansısa ölkə ilkin bazaya – attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Ədalət naminə deyək ki, kortəbii seçimdə təkcə məzunları günahlandırmaq da düzgün olmazdı. Hesab edirəm ki Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan universitetlərin siyahısının qabaqcadan dərc edilməsi və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlaması, uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyişə səbəb olmaqla yanaşı, həm də məzuna “gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmaqda yardımçı olacaqdır”.

Son xəbərlər