Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş deputat Hacı Salayevin məhkəməsi: "Lift quraşdırmaq üçün 90 min avro verdim"

21.05.2024 13:56 957
Keçmiş deputat Hacı Salayevin məhkəməsi:
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Hacı Salayev, Bəxtiyar Məmmədov və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Tural Rahim oğlu Nəcəfov da iştirak ediblər.

İlk olaraq zərərçəkmiş Hacı Salayev ifadə verərək bildirib ki, 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olub:

"Mənə memarlar təklif etdilər ki, "Gerlift" MMC şirkəti ilə əməkdaşlıq edim. Turalla görüşdüm, Almaniya şirkətinin Bakı nümayəndəliyinin rəsmisi olan bu şəxsə ilk olaraq 40 min avro ödədim. Bu şirkətin etibarlılığını yoxlamaq məqsədilə Almaniyada olan nümayəndəsi əslən Türkiyədən olan Əhməd Canpoladla əlaqə saxladım. O təsdiq etdi ki, həqiqətən pul köçürülüb. Ancaq şirkət bizə rəsmi olaraq dedi ki, həmin məbləğ ödənilməyib, gedin probleminizi Azərbaycanda həll edin. Turala cəmi 90 min avro, 4 min dollar pul vermişəm. beş ay ərzində bütün işlər görülməli idi, avadanlıqlar Almaniyadan gəlməli idi. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Mənim şikayətimdən sonra onu işdən qovdular. Mən, hətta Turala təklif etdim ki, sənin qazancın nədirsə, mən sənə verim, özüm birbaşa Almaniyadakı nümayəndələrlə əlaqə saxlayım. Əhməd isə dedi ki, yox, ancaq Turalla əlaqə saxlayın.

Təqsirləndirilən Tural Nəcəfov zərərçəkmişin danışdıqlarının düzgün olduğunu təsdiqləyib.

Məhkəmənin növbəti mərhələsində digər zərərçəkmiş Bəxtiyar Məmmədov ifadə verib. O bildirib ki, şəxsi villası üçün lift sifariş verib, ümumilikdə 17 min dollar Turala pul verib:

"Təxminən 6 min dollar qaytarıb. Azadlığa çıxmağını istəyirəm".

Şahid Abbas Aslanov ifadə verərək qeyd edib ki, Hacı Salayevlə dostdur:

"Pul üç dəfəyə mənim iştirakımla Turala verilib".

Məhkəmə prosesi iyunun 11-nə kimi təxirə salınıb.скачать dle 11.3

Son xəbərlər