Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu

31.01.2025 13:45 894
Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, ilk olaraq təqsirləndirilən şəxs Həcər Hüseynovanın vəkili 126.2.3-cü maddənin 126.1-ci maddəyə tövsif edilib ona şərti cəza verilməsini məhkəmədən xahiş edib. Sonra hakim Həcər Hüseynovaya son söz verib. Həcər Hüseynova zərərçəkmiş şəxsdən bağışlanmasını istəyərək ona şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Valeh Ələkbərov Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Həcər Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib və onun cəzası 2024-cü ilin avqust ayından hesablanıb. Həmçinin zərərçəkmişin mülki iddiası qismən tətbiq edilərək təqsirləndirilən şəxsə 3200 manat ziyan ödəmək barəsində qərar qəbul edilib.

Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Belə ki, Həcər Hüseynova Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin üzərinə yandırıcı maddə - turşu (kislota) tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib. İttiham aktına görə, onlar sevgili münasibətində olublar. Azər Ağayevlə Həcər Hüseynovanın dünyasını dəyişən əri Mehdi Hüseynov qohum olublar. Mehdi dəfələrlə Həcərə bildirib ki, onun Azərlə sevgi münasibəti var. İstintaqla da sübut olunub ki, həqiqətən, Azər Həcərlə onların evinin hamamında cinsi əlaqədə olub.

Son xəbərlər