Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı | 23:01 Sarımsaq həqiqətən xəstəliklərdən qoruyur? | 22:56 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb | 22:50 Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin! | 22:43 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirildi |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı

21.05.2024 12:24 1 110
Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyevin barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsil haqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun barəsində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi Səbail Rayon Məhkəməsində araşdırılıb. Müttəhim məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Maraqlıdır ki, özünü təqsirli bilməsə də, A.Əliyev müəyyən edilmiş 36 min manat məbləğində ziyanı tam olaraq Baş Prokurorluğun depozit hesabına ödəyib.

Qərbi Kaspi Universiteti keçmiş əməkdaşlarını istintaqda yazılan məbləğdən çox ziyan vurmaqda ittiham edib. Universitet təqsirləndirilən şəxsdən 70 min manat tələb edib.

İş üzrə şahid qismində dindirilmiş əcnəbilər məhkəmədə müttəhimə pul verdiklərini təsdiq ediblər.

Bütün sübutlar tədqiq edildikdən, tərəflərin çıxışları dinlənildikdən sonra hökm oxunub. Hökmə əsasən, A.Əliyevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Müttəhimin üzərinə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək öhdəliyi qoyulub.

Qərbi Kaspi Universitetinin qaldırdığı mülki iddia isə rədd edilib.

Son xəbərlər