Mojo.az Banner
20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib

17.05.2024 20:48 987
Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib
Türkiyədə postmodern çevriliş kimi tanınan 28 Fevral Prosesinin təqsirli yüksəkrütbəli hərbçilərindən bəziləri səhhətlərindəki problemlərə görə əfv edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı ölkənin yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Rəsmi Qəzetində diqqətə çatdırılıb.

Sənədə əsasən, 28 Fevral işi üzrə təqsirli şəxslərin həbs müddətinin qalan hissəsi səhhətlərindəki problemlərə görə ləğv edilib.

Qərara görə, cəzası ləğv edilmişlər Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak, Erol Özkasnak, Çevik Bir, Hacı Sülük, Aliefter Aslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmaz, Çetin Doğan ve Aydan Erol olub.

Qeyd edək ki, ehtiyatdakı ordu generalı Çetin Doğan hələ martın 1-də xəstəxanaya yerləşdirilmişdi. Aprelin 22-də xəstəxanadan çıxan 84 yaşlı Doğan həbsxanaya göndərilmişdi. Çətin Doğanın “Davamlı xəstəlik və yaşlanma” hesabatı bir il idi ki, prezident Ərdoğanın imzasını gözləyirdi.

Xatırladaq ki, 28 Fevral Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan "Refahyol" hökumətinin dağılması ilə sonuclanıb. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verib. Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif, daha yumşaq, dahaскачать dle 11.3
Mojo.az Banner