Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR

15.05.2024 18:17 867
Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR
Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə baş verib.

Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.скачать dle 11.3
Mojo.az Banner