Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi

13.05.2024 21:25 2 094
Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi
Dövlət Duması Rusiya baş nazirinin müavinləri vəzifəsinə təklif olunan namizədləri təsdiqləyib.

Məlumata görə, heyətdə əhəmiyyətli dəyişikliklər olmayıb.

Mixail Mişustin Rusiyanın baş naziri olaraq qalıb. Bir sıra dövlət qulluqçuları da tutduqları vəzifələrdə saxlanılıb.

Onların arasında aşağıdakı şəxslər var:

- Tatyana Qolikova (sosial blok və Etnik Məsələlər üzrə Federal Agentlik);

- Aleksandr Novak (enerji və iqtisadi blok);

- Aleksey Overçuk (beynəlxalq məsələlər);

- Dmitri Patruşev (ekologiya, aqrar-sənaye kompleksi və kənd təsərrüfatı);

- Vitali Savelyev (nəqliyyat və logistikanın inkişafı);

- Yuri Trutnev (Uzaq Şərq Federal Dairəsində səlahiyyətli nümayəndə);

- Marat Xüsnullin (tikinti, şəhərsalma və mənzil-kommunal təsərrüfatı).

Dmitri Çernışenko bir sıra departamentlərin işinə nəzarət edəcək. Onların arasında İdman Nazirliyi, Təhsil və Elm Nazirliyi, Təhsil Nazirliyi, “Rosmolodyoj” və İqtisadi İnkişaf Nazirliyi (turizm), media işi və nəşriyyat fəaliyyəti var.

Dmitri Qriqorenko baş nazirin müavini - Nazirlər Kabineti aparatının rəhbəri, Denis Manturov isə baş nazirin birinci müavini oldu.

Mənbə: regions.ru

Son xəbərlər