Mojo.az Banner
18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir

13.05.2024 18:26 1 467
Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir
Polşa hakimiyyəti Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın möhkəmləndirilməsinə 370 milyon dollardan çox vəsait ayıracaq.

Bunu “TVN24” telekanalında ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

O əlavə edib ki, Polşa mühəndisləri və Sileziya Texnologiya Universitetinin əməkdaşlarından ibarət qrup divarın möhkəmləndirilməsi layihəsi üzərində işləyir. Belə ki, modernləşdirmədən sonra maneə keçilməz hala gələcək, halbuki ilkin formada bu, yalnız müvəqqəti həll idi.

Fevral ayında Polşanın baş naziri Donald Tusk hakimiyyətin Belarusla sərhəddə 2022-ci ildə tikilmiş hasarın modernləşdirilməsi üzrə işlərə başlamaq qərarını açıqlamışdı. Bu, qeyri-qanuni miqrantlardan qorunmaq üçün hündürlüyü 5,5 m və uzunluğu 186 km olan polad qəfəs bloklarından ibarət divardır. Tikinti dəyəri 278 milyon dollar təşkil edib.скачать dle 11.3
Mojo.az Banner