Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

10.05.2024 11:58 1 545
Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı
İlon Maskın “Neuralink” proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəstə 29 yaşlı iflic olan Noland Arbo olub. Çip implantasiya edildikdən 100 gün sonra, xəstənin beyni implantı rədd etməyə başladığı üçün şirkət onun üçün proqram yeniləməsi buraxıb.

Bu barədə “Neuralink” öz rəsmi bloqunda məlumat verib.

Şirkət əvvəlcə yeniləmənin çipi sürətləndirmək üçün lazım olduğunu açıqlayıb, lakin sonradan məlum olub ki, bu, bəzi elektrodların beyinlə əlaqəsini itirməsi problemini də həll etməlidir.

“Neuralink”in nümayəndələrinin sözlərinə görə, çipin elektrodlarının bəziləri beyinlə əlaqəni itirib və bu, impulsların oxunma sürətinin azalmasına səbəb olub. Bu problemi həll etmək üçün “Neuralink”in mütəxəssisləri qalan elektrodların əlavə yükü üzərinə götürməsinə imkan verən yeniləmə buraxıblar.

Beyninə implant yerləşdirilmiş heyvanların beyinləri daha kiçik olduğundan və kəllə sümüyündə daha az hərəkət diapazonuna malik olduğu üçün belə problemlər olmayıb. “Neuralink” nümayəndələri hesab edirlər ki, problemi çipin kəllə sümüyünə deyil, birbaşa beyinə implantasiyası ilə həll etmək olar.

Mənbə: gazeta.ruскачать dle 11.3
Mojo.az Banner