Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir

08.05.2024 21:50 1 026
Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiyanın hərbi attaşesini ölkədən qovmaq qərarına gəlib.

Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, diplomatın ölkədən çıxarılması "Rusiya hökumətinin bütün Avropada ehtiyatsız və təhlükəli fəaliyyəti” ilə bağlıdır.

"Mən İcmalar Palatasına deyə bilərəm ki, biz elan edilməmiş hərbi kəşfiyyatın əməkdaşı olan Rusiyanın müdafiə üzrə attaşesini göndərəcəyik", - nazir bildirib.
O, həmçinin əlavə edib ki, London Böyük Britaniyada Rusiyaya məxsus bir sıra mülklərin, o cümlədən Seacocks House-un diplomatik binalarının statusunu ləğv edəcək. Bundan əlavə, Rusiyanın Sasseksdəki obyekti, habelə Hayqeytdəki ticarət və müdafiə departamenti diplomatik statusunu itirəcək. Nazir qeyd edib ki, əmlak kəşfiyyat məqsədləri üçün istifadə edilib.

"Biz Rusiya diplomatik vizalarının verilməsinə yeni məhdudiyyətlər, o cümlədən rusiyalı diplomatların Böyük Britaniyada qalma müddətinin məhdudlaşdırılması tətbiq edirik. Rusiyaya mesajımız aydındır: bu qanunsuz müharibəni dayandırın. Qoşunlarınızı Ukraynadan çıxarın. Bu zərərli fəaliyyəti durdurun”, – Kleverli deyib.скачать dle 11.3
Mojo.az Banner