Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)

08.05.2024 21:29 1 695
"Bolt" skuterlərin icarəsi xidmətini dayandırıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq "Bolt"dan bildirilib.

Qeyd edilib ki, buna səbəb ümumi texniki problemdir.

Şirkətdən vurğulanıb ki, hazırda "Bolt" komandası bu problemin həlli ilə məşğuldur: "Əməliyyatların tamamilə normal vəziyyətə düşməsi üçün çalışırıq".

Qeyd edək ki, "Bolt" şirkəti bu ilin əvvəlindən Bakı və Sumqayıt şəhərlərində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN müəyyənləşib.


Son xəbərlər