Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə: Bolt-un illik gəliri dərc olundu

06.12.2024 16:00 2 085
5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə: Bolt-un illik gəliri dərc olundu
Bolt şirkətinin təsisçisi və baş direktoru Markus Villig şirkətin maliyyə uğurları ilə bağlı təfərrüatları paylaşaraq, Bolt-un illik gəlirinin hazırda 2 milyard avroya çatdığını bəyan edib.

Bolt - taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterlərinin və elektrik velosipedlərinin icarəsi, eləcə də qida çatdırılması xidmətləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2013-cü ildə Estoniyada qurulan Bolt bu gün dünyada 50-dən çox ölkədə və 500-dən çox şəhərdə fəaliyyətdir və milyonlarla istifadəçiyə xidmət göstərir. Şirkətin tarixi 2013-cü ildən başlayır. Həmin ildə Markus Villig valideynlərindən aldığı 5000 avro ilkin kapital və kiçik bir komanda ilə biznesə başladı və onu Estoniyanın hüdudlarından kənara genişləndirdi. İlk mərhələlərdə o, sadə və rahat taksi sifarişi
tətbiqi yaratmağa fokuslandı. Tallində fəaliyyət göstərən 50 taksi sürücüsünü tətbiqə qoşulmağa razı saldıqdan sonra komanda fəaliyyətə başladı.
Daha böyük irəliləyiş və yeni bazarlara çıxış üçün müxtəlif biznesmenlərlə aparılan danışıqlar nəticəsində ilk sərmayə - 100.000 avro - cəlb olundu. Komandanın fədakar əməyi, birgə işi və investorların davamlı inamı və dəstəyi sayəsində bu gün Bolt 200 milyondan çox müştəriyə xidmət göstərərək qlobal bazarda möhkəm yer tutub.

Bolt haqqında məlumat

Bolt – 200 milyondan çox istifadəçisi olan və Avropa ilə Afrikanın 50 ölkəsi və 500-dən çox şəhərində fəaliyyət göstərən Avropa çoxfunksiyalı tətbiqdir. Şirkət şəxsi avtomobillərdən istifadənin azalması və birgə mobillik xidmətlərinə keçidi sürətləndirmək məqsədini güdür və istifadəçilərinə ən yaxşı alternativlər təklif edir. Bolt-un xidmətlərinə taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterləri və velosipedlərin icarəsi, eləcə də qida və ərzaq çatdırılması daxildir.

Hazırda Bolt taksi sifarişi xidməti Azərbaycanda iyirmi altı şəhərdə fəaliyyət göstərir

Son xəbərlər