Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA

07.05.2024 21:43 990
Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qorxu, narahatlıq və depressiya kimi sosial-psixoloji uyğunsuzluq və travma sonrası stress pozğunluğu əlamətləri oğlanlara nisbətən hərbi əməliyyatlar gedən ərazilərdə yaşayan yeniyetmə qızlarda daha çox müşahidə olunur.

Median.Az
Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspertlər hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan orta məktəb şagirdləri (9-11-ci siniflər) arasında sorğu keçirib. Burada 646 orta məktəb şagirdi iştirak edib: 36% oğlanlar və 64% qızlar. Onlar əsasən, Luqansk ərazisində yaşayan şagirdlər olub.Tədqiqatda xüsusi sorğu vərəqindən istifadə edilib.

“Biz məlumatlarımızı xaricdəki oxşar tədqiqatların nəticələri ilə müqayisə etdik. Məlum olub ki, hərbi münaqişələrin davam etdiyi ərazilərdə yaşayan və ya onların nəticələrini artıq görmüş bəzi yeniyetmələr həyata uyğunlaşmaqda problem yaşayır, fiziki, əqli və emosional cəhətdən özlərini pis hiss edirlər. Bu uşaqlar risk altındadırlar və onlar əlavə testlərə və psixoloqların köməyinə ehtiyac duyurlar”, - psixologiya elmləri doktoru Olqa Ulyanina bildirib.

Bundan əlavə, qızların xüsusilə psixofizioloji, emosional və davranış sferalarında, eləcə də yaxınları ilə münasibətlərdə oğlanlara nisbətən daha həssas olduğu ortaya çıxıb. Qızlar tez-tez diqqəti cəmləməkdə çətinlik çəkirlər, daha çox gecikirlər və əşyalarını itirirlər. Onlar həmçinin yorğunluq, kabuslar və yuxusuzluq kimi fiziki simptomlarla daha çox qarşılaşırlar.

//sfera.az

скачать dle 11.3
Mojo.az Banner