Mojo.az Banner
19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

07.05.2024 21:29 1 989
Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)
"Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiniz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.

Median.Az
xəbər verir ki, bu sözləri sherg.az-a açıqlamasında sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən getməsi ilə bağlı deyib.

Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb:

"Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.скачать dle 11.3
Mojo.az Banner