Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb

30.04.2024 13:10 924
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
Bu il aprelin 27-dək 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları tapılıb. Onlardan da 124-ü 2022-ci ildə, 133-ü isə 2023-cü ildə aşkar edilib:

"İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək istintaq orqanına təqdim edilib”.скачать dle 11.3
Mojo.az Banner