Mojo.az Banner
13:08 İmişlidə AĞIR QƏZA: Ölən və yaralanan var  |     22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |    
Left Banner
Right Banner

Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər

24.04.2024 22:58 1 125
Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər
Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında orta temperaturun təxminən 0,3 dərəcə azalmasına səbəb olacaq.

Median.Az xəbər verir ki, bu barədə Hokkaydo Universitetinin mətbuat xidməti məlumat yayıb.

Hokkaydo Universitetinin (Yaponiya) dosenti Teppey Yasunari bildirib ki, Sibirdə baş verən yanğınlar nəticəsində aerozol emissiyaları Şimal yarımkürəsinin çoxlu hissəsində temperaturun azalmasına, həmçinin Sibirdən küləklər əsən bölgələrdə havanın keyfiyyətinin pisləşməsinə səbəb olacaq: “Bu, aerozolların iqlimə və havanın keyfiyyətinə güclü təsirini bir daha vurğulayır”.

Yapon klimatoloqları qeyd ediblər ki, meşə yanğınları atmosferə çoxlu miqdarda kül hissəcikləri və aerozollar buraxır ki, bu da nəinki havanın keyfiyyətini pisləşdirir, həm də Günəş işığını və istiliyi səpələyir və bu da Yer kürəsində temperaturu azaldır.

Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, havanın keyfiyyətinin pisləşməsi hər il on minlərlə insanın həyatına başa gələcək, Rusiya, Çin və Yaponiyanın tibbi xidmətləri əlavə olaraq təxminən 10 milyard dollar xərcləməli olacaqlar.скачать dle 11.3
Mojo.az Banner