Mojo.az Banner
22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Pilləkənlərlə qalxmaq ömrü uzadır

27.04.2024 22:02 1 833
Pilləkənlərlə qalxmaq ömrü uzadır
Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. “Azərtac” xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin (ECS) rəsmi saytında dərc edilib.

Hesabatın müəllifləri bu mövzu ilə bağlı əlçatan elmi sübutlar toplayıb və metaanaliz aparıblar. Tədqiqatların hamısı pilləkənlərin sayından və yuxarı qalxma sürətindən asılı olmayaraq icmala daxil edilib.

Yekun təhlildə ümumilikdə 480 479 iştirakçını əhatə edən doqquz tədqiqat yer alıb.

Tədqiq olunan populyasiyanın tərkibinə həm sağlam insanlar, həm də ürək böhranı və ya periferik arteriya xəstəsi olanlar daxil edilib. Yaş həddi 35-84 arası dəyişib, respondentlərin 53 faizini qadınlar təşkil edib.

Müəyyən olunub ki, pilləkənlərlə yuxarı qalxmaq istənilən səbəbdən ölüm riskinin 24 faiz azalması ilə əlaqəli olub, eləcə də pilləkənlərdən istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39 faiz azaldır. Alimlər qeyd edir ki, piyada gəzmək də ürək böhranı, ürək çatışmazlığı və insultdan qoruyur.скачать dle 11.3
Mojo.az Banner