Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO

23.04.2024 21:04 732
Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO
Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

Bildirib ki, biz istəyirik ki, övladımız da, cənab prezident kimi dövlətinə mollətinə bağlı olsun.

"Şükürlər olsun bugünümümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun torpaqlarımız azad olundu. Suverən Azərbaycan torpaqlarında yaşayırıq. Allah ordumuzu Ali baş komandanımızı qorusun. Bizə bugünü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum diləyim vardı. Uşağımın adın ali baş komandanımızın adın qoyum. Mən istəyirəm övladım onun kimi dövlətinə millətinə bağlı olsun. Torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Dövlətinə, dövlətçiliyinə, Azərbaycan ideologiyası ilə böyüsün. Ona görədə ovladımın adın İlham qoyuram".

Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir.

"Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açmışdır. Körpəmiz 3 kq çəkisində, 49 sm uzunluğunda doğulub. Hal hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik", - xəstəxanasının baş həkimi qeyd edib.

скачать dle 11.3
Mojo.az Banner