Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Talış sakininin Zəfər Günü sevinci: “30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”

08.11.2023 18:52 2 205
Talış sakininin Zəfər Günü sevinci: “30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”
“Zəfər Günü bizə şəhidlərimizin mirasıdır”.

Bu sözləri “Report”a açıqlamasında Tərtər rayonunun Talış kənd sakini Əyyub Əkbərov deyib.

Zəfər sevincini doğma yurdlarında qeyd etdiyi üçün çox xoşbəxt olduğunu söyləyən Ə.Əkbərov qeyd edib:

“Otuz yaşımda torpağımı tərk etmək məcburiyyətində qaldım. Bakıda yaşadığım bu illər ərzində ən böyük arzum doğma yurduma, ata ocağıma geri dönmək idi. Şükürlər olsun ki, bu xoş günləri görmək mənə nəsib oldu, doğma yurduma qovuşdum. 30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”.

Ə.Ələkbərov bildirib ki, Talış kəndi əvvəllər də Qarabağın ən inkişaf etmiş kəndlərindən biri olub:

“İndi işğaldan azad edilmiş kəndlərimizi qurub-yaratmaq, inkişaf etdirmək ən böyük məqsədlərimizdəndir. Burada sürətli inkişaf və yüksəlişin şahidi oluruq. İşğalda olduğu illərdə Talış kəndinə çox böyük ziyan dəyib. Amma biz ruhdan düşmürük. Zəfər Günü bizim üzərimizə mühüm məsuliyyət qoyur.

Bu torpağın hər bir qarışında şəhidlərin qanı və izi var. Bu gün kəndimizin hər bir qarışında qələbənin qoxusu duyulur. Ona görə ki, burdan qalib Azərbaycan əsgəri keçib. Zəfər Günü bizə şəhidlərimizdən mirasdır. Bu yerlərin hər bir daşının qiymətini bilməliyik. Zəfər sevincini bizə yaşadan hərbçilərimizə, qazilərimizə təşəkkür edir, şəhidlərimizin ruhu şad olsun deyirəm”.скачать dle 11.3
Mojo.az Banner