Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İntim videoları ilə təhdid olunan iş adamını sifarişlə öldürən şəxslərin məhkəməsinin tarixi bilindi

15.04.2024 12:14 996
İntim videoları ilə təhdid olunan iş adamını sifarişlə öldürən şəxslərin məhkəməsinin tarixi bilindi
2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində öldürülən 27 yaşlı azərbaycanlı iş adamı Ruslan Arif oğlu Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətlin təşkilatçısı Varis Səmədov 16 il 6 ay, Məhəmməd Lətifov 15 il, Şahin Qasımzadə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ağdaşda “Taxta-şalban Məhəmməd” kimi tanınan iş adamı Məhəmməd Əliyev 2018-ci ildə Ruslan Hüseynovun qardaşı Rauf Hüseynovla iş anlaşması əldə edib. Razılaşmaya görə, Rauf Hüseynov Məhəmməd Əliyevdən 45 700 000 rubl alıb. Bu pulun qarşılığında Rauf Məhəmməd Əliyevə 18 000 kubmetr taxta materiallarını göndərməli olsa da, sadəcə, 14 459 320 rubl dəyərində mal göndərib. Müqavilənin bitməsinə baxmayaraq, Rauf Hüseynov malın qalananı göndərməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

Məhəmməd Əliyev ofisində telefonla Rauf Hüseynovla mübahisə edən zaman bunu Varis Səmədov eşidib. O bu işi öz üzərinə götürərək məsələni həll edəcəyini bildirib.

Bundan öncə isə, Məhəmməd Əliyev Rauf Hüseynovun rəhbəri olduğu şirkətin əsl sahibi, onun keçmiş həyat yoldaşı İnci Abbasova ilə görüşüb. İş adamının ofisində görüş zamanı İ.Abbasova əri ilə danışacağını, borcun qaytarılması üçün köməklik edəcəyini bildirib. Lakin qısa müddət sonra Rauf Hüseynovun pulu qaytarmaq barədə düşünmədiyini bildirib. Bu zaman İnci Abbasova Məhəmməd Əliyevə keçmiş həyat yoldaşı Rauf Hüseynov və qardaşı Ruslan Hüseynovla birgə intim münasibətdə olarkən lentə aldığı video və fotoları təqdim edib.

Bundan sonra, Varis Səmədov Rauf Hüseynovu intim görüntülərlə şantaj edib və pulu qaytarmayacağı halda video və fotoları həm Ağdaşda, həm də Rusiyada yayacağını, qohumlarına göstərəciyini bildirib. Lakin Varis Səmədov bu üsulla məqsədinə nail ola bilmədiyini görüb, hədə-qorxu ilə tələb etməklə bağlı cinayət əməlini davam etdirərək, 2018-ci ilin noyabr ayında Ağdaş rayonu ərazisində istintaqla müəyyən edilməyən gündə və məkanda qohumu, əvvəllər dəfələrlə məhkum olunmuş, 2019-cu ildə isə vəfat edən Rufan Səmədovla görüşüb. O, görüş zamanı istintaqa məlum olmayan məbləğdə pul verəcəyini Rauf Hüseynovda qorxu yaratmaq məqsədilə qardaşı Ruslan Hüseynovun öldürülməsini Rufan Səmədova sifariş verib.

R.Səmədov 2019-cu ildə Ağdaş rayonu, Qumlax kəndi yaxınlığında İntiqam Hüseynzadə ilə görüşüb və onu cinayətin törədilməsinə cəlb edib. O, eyni zamanda, qohumluq əlaqəsində olduğu Məhəmməd Lətifovla da əlaqə yaradıb və qətlin vaxtı, yeri barədə müzakirə aparıblar. Bundan sonra İntiqamla Məhəmməd Rusiyaya yollanıb. Onlar qətldə istifadə olunan tapançanı da Moskvadan alıblar.

Cinayət əməlinin davamı olaraq, əldə edilən avtomobillə Arxangelsk vilayətinin Nyandoma və Karqopol rayonlarında Ruslan Hüseynovun hərəkət qrafikini və gedib-gəldiyi yerləri dəqiqləşdirməyə başlayıblar. Bundan sonra, Şahin Qasımzadəyə zəng edərək cinayətin icraçısının tapılması üçün kömək istəyiblər. Şahin isə öz növbəsində Belarusun Qomel şəhərində yaşayan, kriminal qruplaşmaların üzvü kimi tanınan Ruslan Tarasovla əlaqəyə çıxıb. Ruslan Tarasova qətlin sifarişi üçün 15 min dollar vəd edilib.

Tarasov isə Hüseynovun hərəkət etdiyi avtomobil yolunda qalıb mövqe tutmağa başlayıb. Daha sonra adaşının gəldiyini görərək, ona yaxınlaşıb və üç dəfə ardıcıl atəş açmaqla onu qətlə yetirib.

Bundan sonra, Ruslan Tarasov Rusiya hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb və o, sifarişlə yerinə yetirdiyi qətlə görə ona vəd edilən pulu ala bilməyib. Onunla yanaşı, İntiqam Hüseynzadə də Rusiyada həbsdədir.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı Ruslan Hüseynovun qardaşı Rauf Hüseynov ifadəsində ilkin olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirib və əlavə olaraq hazırda psixoloji vəziyyəti ilə bağlı müalicə aldığından, baş vermiş hadisələri xatırlamadığını qeyd edib.скачать dle 11.3
Mojo.az Banner