Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Rusiya telekanallarının yayımını dayandıra bilər

10.04.2024 21:39 1 590
Ermənistan Rusiya telekanallarının yayımını dayandıra bilər
“Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər”.

Bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.

“Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.

Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.

Qeyd edək ki, martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.

Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.

Mənbə: Ermənistan KİVскачать dle 11.3
Mojo.az Banner