Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan nefti cüzi ucuzlaşıb

10.04.2024 12:01 1 800
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 0,25 ABŞ dolları və ya 0,27% azalaraq 93,08 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər