Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi - YENİLƏNİB (VİDEO)

04.04.2024 16:10 1 947
Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi - YENİLƏNİB (VİDEO)
“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç nə olmayıb və bu yalan məlumatdır”.

Bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram” hesabından video paylaşım edib.

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana gələcək:

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”

* * * * *

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. Hazırda o, Rusiya Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.

Bu barədə “BÇK-OQPU” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, qalmaqallı müğənni (vətənində dələduzluqda axtarışda olub, anası və bacısı isə Türkiyədə insan alverinə görə cinayət məsuliyyətinə cəlb edilib) ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib.

R.İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü il işində şahid qismində gətirilib. Yelena Smirnova, Qurbanov soyadlı biri ilə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verib.

Amma məlum olub ki, o, iki yox, üç nəfərə pasport verib - R.İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportu da saxta şəxsiyyət məlumatları ilə hazırlanıb və 2019-cu ildə həmin işçidən alınıb.

Müstəntiqlərin fikrincə, müğənni həmin Qurbanova 650 min rubla (indiki məzənnə ilə 12 min manat – red.) yaxın pul köçürüb və o, yoxlanılmış üsulla ona yeni sənəd almağa kömək edib.

2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.скачать dle 11.3



Mojo.az Banner