Mojo.az Banner
23:04 90-cı illərdən qalan və bu gün də fəaliyyət göstərən 8 ikonik veb-sayt  |     22:56 Avro bahalaşır: 2026-cı ildə valyutanı nə gözləyir?  |     22:51 Tarixin ən etibarlı 10 avtomobili seçildi  |     22:43 Ölkəyə gətirilən minik və yük avtomobillərinin sayı açıqlandı  |     22:37 Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL  |     22:30 Ölkədə 50 minə yaxın ölüm halı qeydə alınıb  |     22:25 Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - Video  |     22:18 Ən çox şikayət olunan banklar - SİYAHI  |     22:11 Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı  |     22:07 Gümüşün qiyməti tarixi maksimumu yenilədi  |     22:02 Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi  |     21:51 Bakıda "Porsche"nin üstündə beton qarışdırdılar - Video  |     21:41 Dəmir yolu ilə yük daşımaların həcmi 17 milyon tona yaxın olub  |     21:30 Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərləndi  |     21:27 Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var  |     21:24 Azərbaycanda 600-dən çox hərbçiyə mənzil veriləcək  |     21:08 Kamran Əsədova cinayət işi açıldı  |     21:00 Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir  |     20:59 Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edildi  |     20:42 Məşhur britaniyalı yazıçı vəfat edib  |    
Left Banner
Right Banner

Baş Prokurorluq ailəsinin qətlində təqsirləndirilən Əhmədin “etiraf”ları ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

03.04.2024 15:24 1 449
Baş Prokurorluq ailəsinin qətlində təqsirləndirilən Əhmədin “etiraf”ları ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai Rayon Prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.

Odur ki, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik.

* * * * *

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil.

Bu barədə “TV Müsavat”a istintaqdakı mənbələr bildiriblər.

Üç həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilməyib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Belə ki, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib.

Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.

Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burada qoymayacağam” deyib.

Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib.

Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə silsilə qətldən gedir.скачать dle 11.3